Hertz şirkəti böyük sayda Tesla alacaq

11:29 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Avtomobil icarəsi fəaliyyətilə məşğul olan Hertz şirkəti böyük sayda Tesla alacağını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkət 2022-ci ilin sonuna qədər 100 min ədəd Tesla sifariş verəcək.

Belə ki, Hertz şirkəti avtomobil parkını elektrikli avtomobillər ilə yeniləyəcək.

Müqavilənin 4,2 milyard dollar dəyərində olacağı ehtimal edilir.

Qeyd edək ki, Tesla Model 3s noyabr ayına qədər ABŞ-da və Avropanın bəzi şəhərlərində Hertz müştərilərinə təqdim ediləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər