Ərdoğan Füzuliyə gəlib - Hava limanının açılışı olub

14:04 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuliyə gəlib.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Prezidentinin təyyarəsk Beynəlxalq Hava Limanına eniş edib.

Prezident İlham Əliyev türkiyəli həmkarını hava limanında qarşılayıb.

Daha sonra Füzuli aeroportunun rəsmi açılış mərasimi olub.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.

 


Bütün xəbərlər