Azərbaycanda 2266 yeni yoluxma halı aşkarlanıb

14:56 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 2266 yeni hadisə aşkar edilib, 1194 nəfər müalicə olunub, 24 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, hazırda ölkədə 520068 yoluxma faktı aşkarlanıb, onlardan 486426 nəfər müalicə olunub, 6939 nəfər dünyasını dəyişib, aktiv xəstə isə 26703 təşkil edib.

Gün ərzində koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün 13552 test keçirilib, bütün müddət ərzində 5 131 033 test keçirilib.

 

Bütün xəbərlər