330x110
 

Beynəlxalq Bank hesabat açıqladı – Artan və azalan göstəriciləri

26.10.2021,15:01


26 oktyabr, Fineko/abc.az. 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında Azərbaycan Beynəlxalq Bankının faiz xərcləri 7 milyon 52 min manat və ya 9,4% azalaraq 68 milyon 316 min manata düşüb.

ABC.AZ-ın məlumatına görə, qeyri-faiz xərcləri isə 39 milyon 888 min manat və ya 34,7% artaraq 154 milyon 940 min manata yüksəlib.

2020-ci ilin 9 ayı ərzində ABB-nin faiz xərcləri 75 milyon 368 min manat, qeyri-faiz xərcləri isə 115 milyon 52 min manat təşkil etmişdi.

Cari ilin 9 ayında ABB-nin cəmi əməliyyat xərcləri 32 milyon 836 min manat artıb.

Beləliklə, 2021-ci ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 452 milyon 851 milyon manat, cəmi əməliyyat xərcləri 223 milyon 256 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 229 milyon 595 min manat təşkil edib.

Bank əməliyyat mənfəətindən 7 milyon 976 min manat mümkün zərərlər üçün yaradılan ehtiyata ayırıb, 24 milyon 437 min manat mənfəət vergisi ödəyib və nəticədə 9 ayı 197 milyon 182 min manat xalis mənfəətlə bağlayıb.