Bu bankin aktivləri 9 milyard manatı ötüb

16:14 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. 2020-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayında Azərbaycan Beynəlxalq Bankının cəmi aktivləri 469 milyon 104 min manat və ya 5,2% artaraq 9 milyard 431 milyon 897 min manata yüksəlib.

Aktivlərin əsas maddələrindən biri olan müştərilərə verilmiş cəmi kreditlər 164 milyon 732 min manat və ya 6,3% artaraq 2 milyard 773 milyon 832 min manata, qiymətli kağızlara investisiyalar isə 53 milyon 754 min manat və ya 4,2% artaraq 1 milyard 321 milyon 730 min manata çatıb.

ABB-də depozitlərin kəskin artması da diqqəti çəkir. Belə ki, 2021-ci ilin 9 ayında ABB-də cəmi depozitlər 1 milyard 204 milyon 369 min manat və ya 21,7% artaraq 6 milyard 753 milyon 946 min manata çatıb.

O cümlədən, fiziki şəxslərin depozitləri 50 milyon 605 min manat azalaraq 1 milyard 239 milyon 674 min manata düşüb, hüquqi şəxslərin depozitləri isə 1 milyard 254 milyon 975 min manat artaraq 5 milyard 514 milyon 272 min manata yüksəlib.

 

Bütün xəbərlər