Bakıda ictimai skuterlər istifadəyə veriləcək - Dayanacaqlar qurulacaq

16:25 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Bakıda ictimai skuterlər istifadəyə veriləcək.

ABC.AZ-ın məlumatına görə, bunun üçün ayrıca dayanacaqlar quraşdırılacaq.

Şəhər sakinləri skuteri icarəyə götürüb bəlli ünvana gedə biləcəklər.

Son dayanacaqda da skuteri yenə təyin olunmuş dayanacağa təhvil verib yollarına davam edəcəklər.

Bu paytaxtda nəqliyyatın sıxlığını azaltmaq və az da olsa ekoloji təmizliyi təmin etmək məqsədi daşıyır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər