"Facebook"un gəlirləri artıb - Müqayisəli göstəricilər

17:26 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Facebook iyul-sentyabr dövrünə aid maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin üçüncü rübdə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 35% artımla 29 milyard dollar təşkil edib.

Belə ki, Facebook 2020-ci ilin eyni dövründə 21,5 milyard dollar gəlir əldə etmişdi.

Bu dövrdə Facebook-un əldə etdiyi gəlir proqnozdan aşağı olub.

Belə ki, şirkətin üçüncü rübdə 29,6 milyard dollarlıq gəlir açıqlayacağı təxmin edilirdi.

Şirkətin xalis mənfəəti üçüncü rübdə 17% artımla 9,2 milyard dollara yüksəlib.

Facebook, 2020-ci ilin iyul-sentyabr dövründə 7,8 milyard dollar xalis mənfəət əldə etmişdi.

 

Bütün xəbərlər