Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atırıq – Prezident

10:27 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz Qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı qeyd edib ki, Türk dövlətləri arasındakı işbirliyi və qardaşlıq əlaqələri daha da güclənəcək və beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq.

Zəngəzur dəhlizi haqqında danışan Prezident İlham Əliyev deyib:

“Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

 

Bütün xəbərlər