Türkiyənin ixracı artıb - Xarici ticarət kəsiri azalıb

11:47 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Sentyabr ayında Türkiyənin xarici ticarət kəsiri 2 milyard 547 milyon dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu ötən əvvəlki ilin eyni ayı ilə müqayisədə 47,5% azalma deməkdir. Belə ki, ötən ilin sentyabrında Türkiyənin 

xarici ticarət kəsiri 4 milyard 856 milyon dollar olmuşdu. Türkiyənin ixracı 2021-ci ilin sentyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 30% artaraq 20 milyard 780 milyon dollar, idxalı 11,9% artaraq 23 milyard 328 milyon dollar təşkil edib.

 2021-ci ilin yanvar-sentyabr dövründə xarici ticarət kəsiri 14,6% azalaraq 37 milyard 876 milyon dollardan 32 milyard 351 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2020-ci ilin Yanvar-Sentyabr dövründə 75,8% ikən, 2021-ci ilin eyni dövründə 83,3%-ə yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər