Yaponiya şirkəti Azərbaycanın aqrar sektoruna vəsait yatıracaq - Böyük məbləğ

12:17 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Yaponiyanın “TET İnternational Development” şirkəti ölkəmizin aqrar sektoruna 10 milyon dollar investisiya yatıracaq.

ABC.AZ xəbər verir ki, bunu  Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

O qeyd edib ki, yaponlarla görüşlər davam edir və onların daha 40 milyon dollar investisiya yatırıması gözlənilir.

Bütün xəbərlər