330x110
 

Mehmanxanaların gəlirləri artıb - 62 faizdən çox

27.10.2021,15:13


27 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun da 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan (yerlərin sayı) istifadə 11,2 faiz səviyyəsində olub (2020-ci ilin yanvar-sentyabr aylarında 7,0 faiz).

Bu göstərici Şabranda 83,1 faiz, Beyləqanda 24,7 faiz, Qubada 21,3 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 20,4 faiz, Qəbələdə 17,5 faiz, Şəmkirdə 13,8 faiz, Ağcabədidə 13,8 faiz, Bakıda 13,5 faiz, Cəlilabadda 13,2 faiz, Bərdədə 13,0 faiz, Şamaxıda 11,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.