330x110
 

Azərbaycanla Dünya Bankı yeni saziş imzaladı - Detallar

27.10.2021,16:06


27 oktyabr, Fineko/abc.az. Azərbaycan Hökuməti və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit müqaviləsi imzalanıb.

Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, 65 milyon ABŞ dolları məbləğində kredit sazişini nazir Samir Şərifov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.

Vəsait Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi işlərinə yönəldiləcək.

Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz gediş-gəliş şəraiti yaradılacaq.

Müəllif: Elmir Murad