İctimai iaşə dövriyyəsi bu qədər artıb - 9 ayın hesabatı

14:05 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ictimai iaşə dövriyyəsi 631,1 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9 faizi hüquqi şəxslərin, 49,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,3 faiz artaraq 318,1 milyon manat təşkil edib.

 

Bütün xəbərlər