Azərbaycanda yeni xidmət - Tinglərin əkilməsi xidməti yaradılıb

14:35 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Azərbaycanda yaşıllıqların bərpası üzrə dünyada geniş yayılmış onlayn ağacəkmə xidməti həyata keçirilməyə başlayıb.

ABC.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC tərəfdaşlığı ilə həyata keçirilən “Yeni nəfəs” layihəsi ilə bu ilin əkin mövsümündə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən gölü ətrafında xeyli sayda tinglər əkilib.

“Yeni nəfəs” layihəsi ekosistemə faydalı hədiyyələr etməyi və yeninefes.az saytında tinglərin əkilməsini sifariş verməyi təklif edir.

Yeninefes.az vasitəsilə fidan əkilməsi sifarişi həyata keçirənlərə təsdiq sertifikat göndərilir.

 

Bütün xəbərlər