Avropada qazın qiymətləri azalır?

15:21 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Avropada qaz fyuçerslərinin birja kotirovkaları kəskin şəkildə aşağı düşüb.

ABC.AZ-ın məlumatına görə, buna səbəb kimi Rusiya Prezidenti Vladimir Putinin “Qazprom”a Avstriya və Almaniyadakı anbarları doldurmağı tapşırması göstərilir.

Belə ki, həftənin 2-ci günü keçirilən hərracda noyabrda tədarük edilən qaz müqavilələri həftəyə 1050 dollardan yuxarı səviyyədə başlasa da, sonra ayın ən aşağı səviyyəsinə - min kubmetr üçün 915 dollara düşüb.

Bazar aprel ayından qiymətlərin min kubmetr üçün 535 dollara, sonra isə iyunda 506 dollara enəcəyini gözləyir.

 

Bütün xəbərlər