330x110
 

Şəhid və qazi ailələrinin içməli su təchizatı yaxşılaşdırılıb

28.10.2021,15:36


28 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb.

ABC.AZ xəbər verir ki, “Azərsu” ASC–nin daxili imkanlar hesabına həyata keçirilən layihələr çərçivəsində ümumi uzunluğu 51 km olan su xətləri çəkilib.

Qeyd olunur ki, son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailənin içməli su təchizatı yaxşılaşdırılıb. 

Həmçinin, şəhid ailələri və qazilər üçün çəkilmiş su xətlərindən yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə də yeni birləşmələr verilərək su sayğacları quraşdırılıb və həmin ərazilərdə yaşayan əhali fasiləsiz içməli su ilə təmin olunub.