“Qazax Konserv Zavodu ləğv edilir

17:23 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. 7 dekabr 2021-ci il tarixdə “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağında “Qazax Konserv Zavodu” ASC-nin ləğv edilməsi məsələsi müzakirə olunacaq.

Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.

 

Bütün xəbərlər