Bu günədək bu qədər ərazidə şum aparılıb

17:34 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Payızlıq əkinlərlə əlaqədar bu günədək Azərbaycanda 826 287 hektar sahədə şum aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu, proqnozlaşdırılan əkin sahəsinin 81,3 faizini təşkil edir.

Oktyabrın 28-dək 200 818 hektar sahədə səpin həyata keçirilib, o cümlədən 84 961 hektar sahədə buğda səpini, 115857 hektar sahədə arpa səpini aparılıb.

Səpin zamanı 14 816.2 ton sertifikatlaşdırılmış buğda, 13 007.4 ton sertifikatlaşdırılmış arpa toxumundan istifadə olunub. 

 

Bütün xəbərlər