Azərbaycanda 2420 yeni yoluxma halı aşkarlanıb

18:28 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 2420 yeni hal aşkar edilib, 1358 nəfər müalicə olunub, 29 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 524788 hal aşkarlanıb, onlardan 489032 nəfəri müalicə olunub, 6995 nəfəri dünyasını dəyişib, aktiv xəstələrin sayı 28761 – dir.

Bir gün ərzində  yeni yoluxma hallarının aşkarlanması üçün 13827 test keçirilib, bütün dövr ərzində 5 158 035 test keçirilib.

Bütün xəbərlər