Azərbaycan Qazaxıstandan 9 ayda nə qədər taxıl alıb?

10:06 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qazaxıstandan hansı həcmdə taxıl aldığı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, 9 ayda ölkəmiz Qazaxıstandan 5,6 min ton taxıl idxal edib. Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətdə 70 % çoxdur.

Hesabat dövründə Qazaxıstan ümumilikdə 6 393 min ton taxıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 10 % azdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər