Starbucks Corporation maaşları artırmağı planlaşdırır - Detallar

29.10.2021,10:32


29 oktyabr, Fineko/abc.az. Dünyanın ən iri kofe restoranları şirkəti Starbucks Corporation maaşları artırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkət gələn ildən işçilərin əmək haqqına artım edəcək.

Son rübdə "Starbucks"-ın ABŞ-dan sonra ikinci ən iri bazarı olan Çində 7% azalmaya baxmayaraq, Şimali Amerika və digər bazarlar hesabına satışlar 31% artıb və 8,1 milyard dollar təşkil edib.

İllik gəlir isə 24%-ə yaxın artıb - 29 milyard dollar. Şirkət artımları nəzərə alaraq işçilərin maaşlarını çoxaltmağı hədəfləyib.

Müəllif: Elmir Murad