Apple şirkəti maliyyə göstəricilərini açıqlayıb - Gəlirləri artıb

10:46 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. ABŞ-ın “Apple” şirkəti 2021-ci ilin iyul-sentyabr dövrü ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkətin gəliri ötən ilin eyni dövrü müqayisədə 29% artıb.

Belə ki, sentyabrın 25-də başa çatan üç aylıq hesabat dövründə "Apple" 83,4 milyard dollar gəlir əldə edib.

2020-ci maliyyə ilinin eyni dövründə bu rəqəm 64,7 milyard dollara yaxın olmuşdu.

Şirkətin son rübdə xalis mənfəəti keçən maliyyə ilinin eyni dövründəki 12,6 milyard dollarla müqayisədə 20,5 milyard dollar olub.

Bununla yanaşı sentyabrın 25-də də başa çatan maliyyə ili üçün "Apple"-ın gəliri keçən maliyyə ilindəki 274,5 milyard dollardan 365,8 milyard dollara yüksəlib.

 

Bütün xəbərlər