Doqquz ayda 496 qeyri-yaşayış sahəsi icarəyə verilib

16:35 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. 2021-ci ilin 9 ayı ərzində 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,02 milyon manat təşkil edib və 9 aylıq proqnoz 78,1% icra edilib.

Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6  milyon manat ödənilib və illik proqnoza 105,7% əməl olunub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 43,9% artıb.

Bütün xəbərlər