İlon Mask "Tesla"nın səhmlərini sata bilər - Səbəb

10:12 - 1.11.2021


1 noyabr, Fineko/abc.az. “Tesla” və “SpaceX”in qurucusu İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazırlaşır. ABC.AZ xəbər verir ki, Mask bu açıqlamanı BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizlinin çağırışından sonra cavabında qeyd edib. “Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard dolların dünyadakı aclıq problemini necə həll edəcəyini izah edə bilsə, mən indi “Tesla” səhmlərini satmağa və onu həll etməyə hazıram. Ancaq maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - deyə Mask Tvitter səhifəsində yazıb.  Müəllif: Elmir Murad
Bütün xəbərlər