Daha 3 şirkət “Gilan” brendindən imtina etdi

16:05 - 1.11.2021


1 noyabr, Fineko/abc.az.  Daha üç şirkət “Gilan” brendindən imtina etdi.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Gilan Hospitality-Lənkəran” MMC adını dəyişdirməklə “ABA HL” MMC-yə, “Gilan Hospitality-Qəbələ” MMC “ABA HQ” MMC-yə və “Gilan Keysinq” MMC isə “GQ KYS” MMC-yə çevrilib.

Sentyabrın sonları “Gilan Agricultural Internatıonal” MMC adını  “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə, “Gilan Cotton and Grain” MMC adını “ABA CG” MMC-yə, “Gilan Trading” MMC adını “ABA Trading-123” MMC-yə və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC-yə çevirmişdi.

Bütün xəbərlər