Azərbaycanda ən məşhur olan sosial şəbəkələr açıqlanıb - Siyahı

17:00 - 1.11.2021


1 noyabr, Fineko/abc.az.  Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 0,02 faiz bəndi azalıb.

ABC.AZ xəbər verir ki, bu "Global Stats" statistika mərkəzinin hesabatında öz əksini tapıb.

Noyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 56,8% təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu ötən ilin müvafiq göstəricisindən 46,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub. Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb. Onun da istifadəçilərinin ölkə üzrə fəallığı oktyabr ayı ərzində 0,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabr ayının 1-nə 15,4% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 58 faiz bəndi azdır. Bu ilin oktyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7 faiz bəndi artıb. Noyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 11,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.

Bütün xəbərlər