Prezident və xanımı Şamaxıda açılışda olublar

09:10 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub. ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə "Azərişıq" ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.
Bütün xəbərlər