Pensiyalar nə vaxt ödəniləcək?

10:08 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi tarix açıqlanıb. Dövlət Sosial Müdafiə Fondundan ABC.AZ-a verilən məlumata görə, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna təşkil edir.
Bütün xəbərlər