Bu tibb işçilərinə əlavə maaş ödənildi - Məbləğ

11:20 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.  Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə bu ilin iyul və avqust ayları üzrə 8.8 milyon manata yaxın müddətli əlavə və mükafat ödənilib.

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci ilin  iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Bütün xəbərlər