İlin sonunadək pul bazasında artım ola bilər - Baş Bankir

11:53 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.  Pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur. 

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq:
“Bizim proqnozlarımıza görə, bəzi amillərin təsiri altında ilin sonunadək pul bazasında artım ola bilər. Ənənəvi olaraq ilin 4-cü rübündə, xüsuilə dekabr ayında əlavə pul kütləsi yaranır. Əlavə pul kütləsi olarsa onu sterilizasiya edəcəyik. Artıq lazımi göstərişlər verilmişdir. Bu istiqamətdə Mərkəzi Bankın kifayət qədər alətlər arsenalı var. Biz bu alətlərdən istifadə edərək dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracağıq”.  

Bütün xəbərlər