1-ci rübdə işçilərə gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsi təmin edilib

17:19 - 13.04.2018


13 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  vətəndaşların əmək hüquqlarını qorunması üzrə, o cümlədən işəgötürənlər tərəfindən gecikdirilmiş əmək haqlarının və digər sosial ödənişlərin ödənilməsini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Əmək Nazirliyindən alınan məlumata əsasən, Əmək Müfəttişliyi Xidməti, vətənaşların müraciəti əsasında, 2018-ci ilin yanvar-mart ayları ərzində 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Məlumata əsasən,  bu məbləğin  51,1%-i  əmək haqları, 43,9%-i sosial müavinətlər, qalanı isə yetirilən zərərə görə kompensasiyalar təşkil edib.

 

 

Bütün xəbərlər