İndiyə qədər neçə yeniyetmə peyvənd olunub?

15:54 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.    Bu günə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

ABC.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı  Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Bütün xəbərlər