“Xalq Sığorta” məhkəməyə verilib

03.11.2021,12:26


3 noyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi “Xalq Sığorta” ASC-ni məhkəməyə verib.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, iddia səbəb maddi ziyanın ödənilməsi tələbi ilə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Məhkəmənin hazırlıq iclası noyabrın 18-i, saat 10:15-ə təyin olunub. Hakim Səbinə Nuriyevadır.