Bir gündə bu qədər vaksin vurulub - Statistika

15:25 - 3.11.2021


3 noyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub.

Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 753 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 973 724, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 397 065 təşkil edir.

Bütün xəbərlər