Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlər 5,6 % artıb

09:25 - 4.11.2021


4 noyabr, Fineko/abc.az. 2021-ci ilin 9 aylnda paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6 % artaraq 3 milyard 167,9 milyon manat olub.

Bu barədə ABC.AZ-a  Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

 Xəbər verilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 816,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 88,9 %-ni təşkil edib.

Bütün xəbərlər