Paytaxtda qida məhsullarının istehsalında 64 % artım olub

09:30 - 4.11.2021


4 noyabr, Fineko/abc.az. 2021-ci ilin oktyabrın 1-dək paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 milyard 115,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Bu barədə ABC.AZ-a  Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Qeyd olunur ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 64,1 %, içki istehsalında 23 %, tütün məmulatlarının istehsalında isə 3,5 dəfə artım müşahidə olunub.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 15,2 %, pendir və kəsmik istehsalı isə 57,5 % artıb.

Bütün xəbərlər