Avropa Bankından Azərbaycanla bağlı nikbin proqnoz - İqtisadiyyatımız böyüyəcək

10:32 - 4.11.2021


4 noyabr, Fineko/abc.az Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozunu yeniləyib. ABC.AZ xəbər verir ki, proqnoza əsasən, bu il Azərbaycan iqtisadiyyatı 4% böyüyəcək. Bankın "Regional İqtisadi Perspektivlər" adlı hesabatına görə, 2022-ci ildə isə ölkədə ÜDM-in artım tempinin 3,2% olacağı proqnozlaşdırır. Qeyd edək ki, bank iyun proqnozu cari ildə Azərbaycan iqtisadiyyatının 2%, gələn il isə 0,7% böyüyəcəyini vəd edirdi. Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.
Bütün xəbərlər