Misir paytaxtını dəyişir - Artıq proses başlayıb

11:39 - 4.11.2021


4 noyabr, Fineko/abc.az. Misir hökuməti paytaxtı dəyişmək barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, artıq bununla bağlı Prezident Abdel Fəttah əs-Sisi hökumətə göstəriş verib. Hökumət gələn ay yeni paytaxta köçmək prosesini başlamalıdır. Sözügedən addım 6 aylıq sınaq müddətinin bir hissəsi olacaq.
Yeni inzibati paytaxt Qahirə şəhərindən təxminən 45 km şərqdə tikilir.

Ölkə rəsmilərinin sözlərinə görə, bir neçə milyard dollarlıq layihə Qahirədə nəqliyyat sıxlığını azaltmaq, altı milyondan çox insanı sığınacaqla təmin etmək məqsədi daşıyır.

Bütün xəbərlər