“Güllübulaq” MMC-nin rəhbəri həbs edildi - Böyük məbləğdə pul mənimsəyib

14:49 - 4.11.2021


 4 noyabr, Fineko/abc.az   Bakı Ağır Cinayətlər Məhkəməsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun məhkəmə iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən şəxs milyonlarla manatı mənimsəmədə ittiham edilir.

F.Adıgözəlov 2011-2015-ci il tarixlərində Türkiyədən müxtəlif məhsullar idxal edib, MMC-yə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəyib, malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Məhkəmənin hökmü ilə F.Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərlər