Neft Fondunun gəlirləri 32 faizdən çox olacaq - Gələn il

14:20 - 5.11.2021


5 noyabr, Fineko/abc.az. Gələn il Dövlət Neft Fondunun gəlirlərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32,4% çox - 10 589,7 milyon manat, xərclərinin isə 4,4% az - 12 755,7 milyon manat təşkil edəcəyi gözlənilir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, Fondun büdcəsində 2 166 milyon manat kəsir yaranacaq.

2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 12 710 milyon manat təşkil edəcək, həmçinin Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 27,8 milyon manat, "Vətəndaşların xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı"na isə 17,9 milyon manat yönəldəcək.

Bütün xəbərlər