Tikinti sektorunda gəlirlər artır - Nikbin proqnoz

14:51 - 5.11.2021


5 noyabr, Fineko/abc.az. Gələn il ölkənin tikinti sektoru üzrə 13 768,5 mln. manat gəlirin əldə olunacağı gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bu, Azərbaycanın dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Bu göstərici 2023-cü ildə 14 413,3 mln. manat, 2024-cü ildə – 15 113,9 mln. manat, 2025-ci ildə isə 15 883,4 mln. manata çatacağı ehtimal olunur. Göründüyü kimi, 2022-2025-ci illərdə tikinti sektorunun gəlirləri 60 mlrd. manata yaxın (59 179,1 mln. manat) olacağı gözlənilir. Yaxın dörd ildə sektor üzrə illik əlavə dəyərin xüsusi çəkisi 43,4% təşkil edəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər