Gələn il dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı onun hesabına formalaşacaq

15:38 - 5.11.2021


5 noyabr, Fineko/abc.az.Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək. ABC.AZ Report-a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.

Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqqının, eləcə də minimum tariflərin artırılmasıdır.

Bütün xəbərlər