Dövlət büdcəsinin 15 faizdən çox hissəsini Gömrük Komitəsi təmin edəcək

15:43 - 5.11.2021


5 noyabr, Fineko/abc.az. Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 4 260 milyon manatını və yaxud 15,9%-ni Dövlət Gömrük Komitəsi təmin edəcək.

ABC.AZ-ın məlumatına görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, sözügedən məsələ bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2% çoxdur. Gömrük orqanlarının xətti ilə daxilolmaların 2 190 milyon manatı (6,2% çox) və yaxud 51,4%-i ölkəyə idxal olunan mallarla bağlı əlavə dəyər vergisinin (ƏDV), 160 milyon manatı (5,9% az) və yaxud 3,8%-i aksiz vergisinin, 1 150 milyon manatı (21,1% çox) və yaxud 27%-i gömrük rüsumlarının, 40 milyon manatı (dəyişməyib) və yaxud 0,9%-i isə yol vergisinin payına düşəcək.

Bütün xəbərlər