Bu sığrota şirkətinə məxsus 4 mənzil hərraca çıxarılır - Qiymət

05.11.2021,15:44


5 noyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə satış qiyməti 1 milyon 150 min manat məbləğində müəyyənləşdirilib.

ABC.AZ-ın məlumatına görə, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 12 noyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 11.500 (on bir min beş yüz)  manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir. Müəllif: Elmir Murad