"Uber" ilk dəfə mənfəət açıqladı - Halbuki zərər proqnozlaşdırılmışdı

15:46 - 5.11.2021


5 noyabr, Fineko/abc.az ."Uber Technologies Inc" şirkəti ilk dəfə mənfəət açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Uber, ilin üçüncü rübündə vergidən əvvəl mənfəətinin milyon dollar təşkil etdiyini açıqlayıb.

Halbuki şirkətin 2021-ci ilin 3-cü rübündə 15,4 milyon dollar zərər açıqlayacağı gözlənilirdi. Mənfəət açıqlamasından sonra şirkətin səhmləri 1% dəyər qazanıb. Ancaq sözügedən dövrdə şirkətin xərclərinin artması mənfəəti ortadan qaldırmış olur. Belə ki, şirkət sentyabr ayında sona çatan üç aylıq dövrdə (iyul-sentyabr) xalis 2,4 milyard dollar zərər edib.  Müəllif: Elmir Murad

Bütün xəbərlər