Zəfər günümüzün qəhrəmanı - Elnur Abbasovun döyüş yolu

10:33 - 8.11.2021


8 noyabr, Fineko/abc.az. Vətən müharibəsinin ildönümü ölkədə böyük coşqu ilə keçirilir. Paytaxtla yanaşı bölgələrdə də şəhidlərimiz anılır, Vətən müharibəsinin ildönümü ilə bağlı keçirilən tədbirlərdə qazilərimizin şücaətindən bəhs olunan çıxışlar edilir.

ABC.AZ olaraq biz də bu möhtəşəm günün qəhrəmanlarını sizə təqdim etmək istəyirik. Döyüşlərdə böyük şücaət göstərənlərdən biri də 1995 ci ildə Qaradağ rayonu Lökbatan qəsəbəsində doğulmuş Abbasov Elnur Ramiz oğludur.

Adıçəkilən şəxs Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində döyüşüb.  O, Xocavənddə 3 gün mühasirədə qaldıqdan sonra yenidən hücuma keçən zaman yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bir sıra medallarla təltif edilib. 

Müəllif: Elmir Murad


Bütün xəbərlər