Daha bir hərrac keçirilib - 18 milyon manatlıq səhm yerləşdirilib

11:18 - 10.11.2021


10 noyabr, Fineko/abc.az. Noyabrın 4-ü və 5-i tarixlərində Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının (ZTP) 18 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.

Bakı Fond Birjasından ABC.AZ-a daxil olan məlumata görə, abunə yazılışı zamanı anderrayterə  69 investor tərəfindən 71 sifariş təqdim edilib.

Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi 18 milyon manat təşkil edib. Yerləşdirmə üzrə baş anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir.

Bütün xəbərlər