Bu dövlətlər hər uşağa görə ailələrə pul ödəyəcək - Siyahı

11:57 - 10.11.2021


10 noyabr, Fineko/abc.az. Ukraynada yeni layihəyə görə, 2022-ci ildən doğulan 1-ci uşağa görə ailələr 50 min qriven (1920 USD) alacaqlar.

ABC.AZ-ın məlumatına əsasən, tək birinci uşağa görə, 2-ci və 3-cüyə görə də ailələr pul mükafatı alacaq. Belə ki, hökumət ailələrə 2-ci uşağa görə 100 min qriven (3840 USD), 3-cü və daha çox uşağa görə 150 min qriven (5770 USD) məbləğində ümumi vəsait ödəyəcək.

Rusiyada isə 2022-ci ilin fevralından uşaq doğuşuna görə birdəfəlik müavinətin həcmi artırılaraq 19981 rubla (280 dollar) çatdırılacaq. Fevral ayından 1-ci uşağa qulluğa görə müavinətin minimum həddi 7493 rubla (105 dollar), maksimum həddi 31282 rubla (439 dollar) qaldrılacaq. Müavinətlər uşaq 1,5 yaşa çatanadək ödəniləcək.

Belarusda 2021-ci ilin noyabr ayının 1-dən 1-ci uşağın doğuşuna görə 2 880,10 rubl (1180 USD), 2-ci və növbətilər üçün 4 032,14 rubl (1652 USD) məbləğində birdəfəlik müavinət müəyyənləşib. Bundan əlavə 3 yaşa qədər qulluğa görə 1-ci uşaq üçün 495,74 rubl (203 USD), 2-ci və hər növbəti uşaqlar üçün 566,66 rubl (232 USD) aylıq müavinət ödəniləcək. Əlil uşaq valideynləri isə uşağın 3 yaşına qədər 637,38 rubl (261 USD) məbləğində aylıq müavinət alacaqlar.

Bütün xəbərlər