Azərbaycanda investisiya yatırımının artımı proqnozlaşdırılır - Nazir

12:31 - 10.11.2021


10 noyabr, Fineko/abc.az   2022-ci ildə 2021-ci ilə nisbətə ölkədə investisiya yatırımının artımı proqnozlaşdırılır.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat olması proqnozlaşdırılır: “Orta aylıq əməkhaqqının real artım tempi 4,7 % həcmində proqnozlaşdırılır. Hamınızı əmin etmək istəyirəm ki, yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatında yeni dəyişikliklərə səbəb olacaq. Növbəti 5 il işğaldan azad olunmuş bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün əsas dövrü təşkil edir”.

Bütün xəbərlər