Maliyyə naziri büdcə kəsrinə aydınlıq gətirib

15:35 - 10.11.2021


10 noyabr, Fineko/abc.az .Vergi və gömrük yığımları sahəsində çox suallar gəldi.

ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, hər il dövlət büdcəsi hazırlanan zaman Maliyyə Nazirliyi bu orqanlar arasında əlaqələndirici funksiyanı həyata keçirir: "Bizim çox gərgin müzakirələrimiz keçir. Azərbaycanda Nazirlər Kabinetinin vergi daxilolmaların proqnozlaşdırılması ilə bağlı müvafiq qaydaları var. Vergi daxilolmalarında həm neft, həm də qeyri-neft sektoru üzrə daxilolmalar əsas götürülür. Bunlar hər zaman makroiqtisadi proqnozların əsasında tərtib olunur. Digər məsələlər büdcə kəsri ilə bağlıdır. Burada 1,5 milyard manat artıq gəlirlərin icra edilməsi ilə əlaqədardır. Büdcə kəsrinin qalan hissəsi isə xərclərin nəzərdə tutulduğundan az icrası ilə bağlıdır. Xərclərin icrasında bir sıra problemlər xarici kreditlərin mənimsənilməsi ilə bağlıdır. Bu kreditlərin sadəcə 200 milyon manat hissəsi istifadə olunub. Yerdə qalan hissəsi problemlərlə üzləşib”.

Bütün xəbərlər